"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub - VİDEO

Futbol
  • 27 may, 2017
  • 19:31
Arsenal 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub - VİDEO

Bakı. 27 may. REPORT.AZ/ "Arsenal" futbol üzrə İngiltərə Kubokunun finalında "Çelsi"ni məğlub edib.

"Report" xəbər verir ki, Londonun "Uembli" stadionunda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.

"Arsenal" İngiltərə Kubokunu rekord sayda – 13 dəfə götürərək 12 qələbəsi olan "Mançester Yunayted"i qabaqlayıb. "Çelsi"nin hesabında 7 kubok var.

İngiltərə Kuboku. Final

"Arsenal" – "Çelsi" - 2:1

Qollar: 1:0 – Sançes – 4, 1:1 – Kosta – 76, 2:1 – Remsi – 79