Argentinanın 50 min azarkeşi DÇ-2026-nın finalında komandanı dəstəkləmək üçün Nyu-Yorka gedib

Futbol
  • 18 iyul, 2026
  • 12:02
Argentinanın 50 min azarkeşi DÇ-2026-nın finalında komandanı dəstəkləmək üçün Nyu-Yorka gedib

50 min argentinalı azarkeş futbol üzrə dünya çempionatının final oyununda İspaniya millisinə qarşı matçda öz komandalarını dəstəkləmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə yollanıblar.

"Report" "Marca"ya istinadən məlumat verir ki, fanatların hamısı birbaşa Argentinadan gəlməyib.

Onların bəziləri ABŞ-də yaşayırlar. Bununla belə, bütün tərəfdarlar stadiona daxil ola bilməyəcəklər. Argentinalı azarkeşlərin kütləvi axını yarımfinal mərhələsində İngiltərəni məğlub etdikləri matçdan sonra başlayıb. Cənubi Amerika ölkəsinin vətəndaşları Nyu-Yorka gəldikcə avtomobil icarəsi xidmətləri nəqliyyat vasitəsi qıtlığı ilə qarşılaşıb.

Xatırladaq ki, iyulun 19-da keçiriləcək İspaniya - Argentina oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.