Argentinalı mütəxəssis İspaniya klubunun baş məşqçisi təyin olunub
Futbol
- 24 yanvar, 2024
- 13:26
Argentinalı Mauritsio Pelleqrino İspaniyanın "Kadis" klubunun baş məşqçisi təyin olunub.
"Report" xəbər verir ki, 52 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə bağlanıb.
Pelleqrinonun son iş yeri "Universidad de Çili" klubu olub. O, daha əvvəl "Veles", "Leqanes", "Sauthempton", "Alaves", "İndependyente", "Estudiantes" və "Valensiya" kimi komandalara da rəhbərlik edib. Mütəxəssis həmçinin "Liverpul" və "İnter"də ispaniyalı mütəxəssis Rafael Benitesin köməkçisi olub.
Qeyd edək ki, "Kadis" yanvarın 20-də baş məşqçisi Serxio Qonsalesin istefa verdiyini açıqlayıb. Komanda 21 oyundan 15 xalla La Liqanın turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
Son xəbərlər
20:23
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Digər ölkələr20:13
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
Fərdi19:50
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
Xarici siyasət19:37
Video
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Daxili siyasət19:25
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Region19:12
Afinada yaşayış binasında baş verən partlayışda 6 nəfər həlak olub
Digər ölkələr19:08
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
Hadisə19:00
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
Region18:50