Argentinada Sudamerikana Kubokunun oyunu yarımçıq dayandırılıb

Futbol
  • 21 avqust, 2025
  • 10:34
Argentinada Sudamerikana Kubokunun oyunu yarımçıq dayandırılıb

Sudamerikana Kubokunda Argentinanın "İndependyente" və Çilinin "Universidad de Çili" komandaları arasında keçirilən 1/8 final mərhələsinin oyunu yarımçıq dayandırılıb.

"Report" "Ole" nəşrinə istinadən xəbər verir ki, buna Çili təmsilçisinin azarkeşlərinin tribunalarda iğtişaşlar törətməsi səbəb olub.

Qarşılaşma 62-ci dəqiqədə yarımçıq dayandırılıb. Həmin vaxt hesab bərabər olub - 1:1.

Qonaq tərəfdarlar oturacaqları yandırıblar, rəqib fanatlara daş və metal əşyalar atıblar. "Universidad de Çili"nin texniki məğlubiyyət alacağı gözlənilir.

Qeyd edək ki, ilk görüşdə Çili komandası rəqibini bir cavabsız qolla üstələmişdi.