Argentina yığması dünya çempionatlarında antirekord müəyyənləşdirib

Futbol
  • 22 iyun, 2018
  • 08:47
Argentina yığması dünya çempionatlarında antirekord müəyyənləşdirib
EPA

Bakı. 22 iyun. REPORT.AZ/ Argentina yığması futbol üzrə dünya çempionatlarında qələbəsizlik antirekordu müəyyənləşdirib.

"Report"un məlumatına görə, Lionel Messinin kapitanlıq etdiyi komanda oyun vaxtında ardıcıl 4 görüşdür qalib gələ bilmir. 2014-cü il dünya çempionatında Argentina yığması yarımfinalda Hollandiya ilə qolsuz heç-heçə edib və yalnız penaltilər seriyasından sonra finala adlayıb. Həlledici qarşılaşmada qələbəni Almaniya qazanıb - 1:0.

Rusiyadakı mundialda isə ilk turda İslandiya ilə 1:1 hesablı heç-heçə edən Argentina daha sonra Xorvatiyaya uduzub - 0:3. 

44 - Tezliklə