Argentina prezidenti Maradona ilə vida mərasimində iştirak edib
Futbol
- 26 noyabr, 2020
- 14:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən gün dünyasını dəyişmiş Dieqo Maradona ilə vida mərasiminə Argentinanın prezidenti Alberto Fernandes də qatılıb.
"Report" "La Nacion" nəşrinə istinadən xəbər verir ki, Buenos-Ayresdəki Kasa Rosada prezident sarayında keçirilən tədbirdə onu ölkənin birinci xanımı Fabiola Yanes müşayiət edib. Onların mərasimə helikopterlə gəldikləri bildirilib.
Prezident saraya daxil olarkən içəriyə digər şəxslərin girişi müvəqqəti dayandırılıb. Bu zaman Maradonanın qohumları da orada olub.
Bakı vaxtı ilə saat 13:00-da başlayan mərasim 48 saat davam edəcək.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.
Son xəbərlər
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Digər ölkələr
02:57
Türkiyə Aİ-dən onu "Made in EU" sənaye strategiyasına daxil etməyə çağırıb
Digər ölkələr
02:45
Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb
Digər ölkələr
02:16
"Forbes": İlon Mask yenidən trilyoner statusunu itirib
Digər ölkələr
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr
01:33
Aİ və Türkiyə ticarət maneəsini aradan qaldırmağı, gömrük prosedurlarını sürətləndirməyi razılaşdırıblar
Digər ölkələr
01:19
DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır
Region