Argentina prezidenti futbolçu Roxoya qələbə qoluna görə minnətdarlıq edib

Futbol
  • 27 iyun, 2018
  • 01:53
Argentina prezidenti futbolçu Roxoya qələbə qoluna görə minnətdarlıq edib

Bakı. 27 iyun. REPORT.AZ/ Argentina prezidenti Maurisio Makri milli komandanın müdafiəçisi Markos Roxoya Rusiyada keçirilən futbol üzrə dünya çempionatının D qrupunda III tur qarşılaşmasında Nigeriya üzərindəki qələbə qoluna görə minnətdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə "Sovetskiy sport" məlumat yayıb.

"Sağ olun oğlanlar! Mən səni çox sevirəm Roxo, əzizim!", - deyə o, "Twitter"də yazıb.

Futbol üzrə dünya çempionatında D qrupunda III tur qarşılaşması çərçivəsində Argentina yığması Sankt-Peterburqda, eyniadlı stadionda keçirilən matçda Nigeriya komandası üzərində 2:1 hesablı qələbə qazanıb. Qarşılaşmada qələbə topunu 87-ci  dəqiqədə Markos Roxo vurub.

Hazırda D qrupunda ilk yerdə 9 xalla Xorvatiya yığması qərarlaşıb. Xorvatlar 1/8 finalda Danimarka komandası ilə qarşılaşacaqlar. Dörd xal toplayan Argentina komandası isə mundialın pley-ofunda Fransa yığmasına qarşı oynayacaq.

44 filmi