Argentina Futbol Assosiasiyasının prezidenti sosial ödənişləri ödəməməkdə ittiham edilib

Futbol
  • 27 dekabr, 2025
  • 11:33
Argentina Futbol Assosiasiyasının prezidenti sosial ödənişləri ödəməməkdə ittiham edilib

Prokurorluq Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia 19 milyard peso (12,8 milyon dollar) məbləğində sosial ödənişləri ödəməməkdə ittiham edilib.

"Report"un TN-ə istinadən məlumatına görə, ittihamlar prezidentlə yanaşı, AFA-nın xəzinədarı Pablo Toviçinoya qarşı da irəli sürülüb.

Araşdırma Argentina vergi xidmətinin şikayəti əsasında başladılıb. AFA-nın həm öz, həm də assosiasiyadan təqaüd alanların ödənişlərinin köçürülmədiyi bildirilib.

Daha əvvəl K.Tapia barəsində hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar səbəbindən Argentina millisinin 2026-cı ildə keçiriləcək dünya çempionatından kənarlaşdırılacağı bildirilmişdi.

AFA-nın xəzinədarının müavini Luçano Nakisin də bu məsələlərdə adı hallanır. Hər üç şəxs qanunsuz pul mənimsəməkdə şübhəli bilinir.