“Araz-Naxçıvan”ın rəqibini Bakıda 20-yə yaxın azarkeş dəstəkləyəcək
- 04 avqust, 2025
- 13:54
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan Kiprin “Omoniya” komandasını Bakıda baş tutacaq ilk oyunda 20-yə yaxın azarkeş dəstəkləyəcək.
Bu barədə “Report”a Naxçıvan təmsilçisinin mətbuat katibi Mahal Məmmədov məlumat verib.
O, Kiprdən Azərbaycana bir neçə jurnalistin də gələcəyini bildirib:
“Omoniya”nın Bakıya səfər tarixi vaxtı hələ dəqiqləşməyib. Çünki çarter reysi üçün təyyarə axtarırlar. Ən geci avqustun 6-da, günün birinci hissəsinə qədər gəlməyi planlaşdırıblar. Təxminən 20-yə yaxın azarkeşin, 4-5 jurnalistin səfəri də gözlənilir”.
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.