"Araz-Naxçıvan"ın qapıçısı ölkəsinin yığmasına dəvət alıb

Futbol
  • 31 oktyabr, 2024
  • 11:28
Araz-Naxçıvanın qapıçısı ölkəsinin yığmasına dəvət alıb
Kristian Avram

"Araz-Naxçıvan" klubunun moldovalı qapıçısı Kristian Avram ölkəsinin yığmasına dəvət alıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı oyunçu noyabrın 11-dən 20-dək millinin düşərgəsində olacaq.

Qeyd edək ki, Moldova yığması noyabrın 16-da Millətlər Liqasında Andorra ilə qarşılaşacaq. Komanda bundan üç gün sonra Cəbəllütariqlə yoxlama matçında qüvvəsini sınayacaq.