“Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb
Futbol
- 16 dekabr, 2024
- 05:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri Misli Premyer Liqasının XVII turunun “Sabah”la ev matçında 0:1 hesabı ilə uduzublar.
Naxçıvan təmsilçisi son dəfə avqustun 2-də “Qarabağ”a 1:4 hesabı ilə məğlub olmuşdu. 134 gündən sonra uduzan komanda bu müddətdə keçirdiyi 15 qarşılaşmada 12 qələbə qazanıb və 3 heç-heçə edib.
Klub tarixinin rekorduna imza atan “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ardıcıl ən azı 15 oyunda uduzmayan 13-cü komanda olub. Bu, 37-ci belə seriyadır.
Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda 39 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
Son xəbərlər
17:02
Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
Digər ölkələr
16:53
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib-3
Digər ölkələr
16:45
"PAŞA Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
16:22
Gürcüstanın Azərbaycandan xiyar alışına çəkdiyi xərc 3 dəfəyə yaxın artıb
Biznes
16:14
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
Futbol
16:00
"PAŞA Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
15:57
SEPAH: Hörmüz boğazında iki tankerdə partlayış və yanğınlar baş verib
Digər ölkələr
15:47
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
Digər ölkələr
15:45
Foto
Gənclər arasında dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
Fərdi