“Araz-Naxçıvan”ın baş məşqçisi: “Çempionlar Liqasında məqsəd ilk mərhələni keçməkdir”

Futbol
  • 04 iyul, 2025
  • 10:59
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Çempionlar Liqasında məqsəd ilk mərhələni keçməkdir”

“Araz-Naxçıvan” futzal klubunun UEFA Çempionlar Liqasında qarşısına qoyulan məqsəd ilk mərhələni keçməkdir.

Bunu “Report”a açıqlamasında turnirin ilk mərhələsinin püşkünü dəyərləndirən komandanın baş məşqçisi Yevgeni Kukseviç deyib.

Rusiyalı mütəxəssis rəqiblərdən bəzilərini tanıdığını söyləyib:

“Püşkatmanın nəticələri normaldır. Belə baxanda, hansı qrupa düşməyimizin fərqi yox idi. Rəqiblərdən asılı olmayaraq, seçmə mərhələyə var gücümüzlə hazırlaşacaqdıq. Rəqiblərimizdən bəzilərini tanıyıram. “Araz-Naxçıvan” onlardan biri ilə ötən il qarşılaşıb. Oyunun videotəkrarına baxmışam. Qarşıya qoyulan məqsəd, təbii ki, ilk mərhələni keçməkdir”.

Qeyd edək ki, Azərbaycan çempionu F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.

Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.