"Araz-Naxçıvan" futzal klubunun əsas hədəfi Azərbaycan çempionluğu və Avropada uğurlu çıxışdır
- 09 sentyabr, 2026
- 14:42
Yeniliklərdən dərhal xəbərdar olun!
"Araz-Naxçıvan" futzal klubunun əsas məqsədi Azərbaycan çempionluğu və Avropada uğurlu çıxışdır.
Bunu "Report"a açıqlamasında Naxçıvan təmsilçisinin yeni prezidenti Mahmud Sadıqov deyib.
O, yerli futzalçıların inkişafında mühüm rol oynamaq istədiklərini bildirib:
"7 il "Araz-Naxçıvan"ın vitse-prezidenti işlədikdən sonra bu ildən etibarən klubun prezidenti oldum. Qarşıya hər zamankı kimi Azərbaycan çempionluğu, Avropada uğurlu çıxış məqsədi qoymuşuq. Eyni zamanda, hər il U-19-un heyətindən ən azı bir-iki oyunçu cəlb edirik. Başlıca niyyət onların yetişməsində mühüm rol oynamaqdır. Hazırda həmin futzalçılar müxtəlif klublarda, eləcə də "Araz-Naxçıvan"da müəyyən uğurlara imza atırlar".
Mahmud Sadıqovla müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.