"Araz-Naxçıvan" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
Futbol
- 30 avqust, 2025
- 23:11
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
"Report" xəbər verir ki, Naxçıvan təmsilçisi ilkin mərhələnin sonuncu matçında Avstriya çempionu "Ljuti Krajişniçi" klubu ilə üz üzə gəlib.
Linz şəhərindəki NMS İdman Sarayında keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb - 12:3.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yer aldığı F qrupunda daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"i isə 7:2 hesabı ilə məğlub edib.
Beləliklə, Naxçıvan təmsilçisi F qrupunun qalibi kimi UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 26-dan noyabrın 2-dək baş tutacaq.
Son xəbərlər
12:28
Foto
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd mübadilə edilib - YENİLƏNİB
Daxili siyasət12:27
Şahmar Mövsümov: "Azərbaycana 33 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəlib"
Biznes12:26
"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarışın qalibi mükafatlandırılıb
Formula 112:23
Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib
Digər ölkələr12:23
AZPROMO: Birbaşa xarici investisiyaların keyfiyyətini artırmağa çalışırıq
Biznes12:19
Foto
AIIF 2026-da qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub
Biznes12:17
Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırır"
Turizm12:11
FHN Formula 1 ilə əlaqədar təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib
Hadisə12:10