Araz Abdullayevin komandası səfərdə İzmir klubuna qalib gəldi
Futbol
- 10 aprel, 2021
- 12:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi "Boluspor" Türkiyə 1-ci liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, bölgə təmsilçisi çempionatın iddialı komandalarından "Altay"ın qonağı olub.
Qarşılaşma "Boluspor"un 1:0 hesablı qələbəsi ilə başa çatb. Start heyətdə matça çıxan Abdullayev sonadək meydanda olub.
Qələbə sayəsində 35-ci xalını qazanan "Boluspor" hələ ki, 12-ci pillədə qərarlaşıb. "Altay" isə 53 xalla üçüncü yerdədir. Bu görüşdən sonra İzmir klubunun 5 oyunluq qələbə seriyası da başa çatıb.
Qeyd edək ki, Araz Abdullayev mövsümün əvvəlindən "Boluspor"un formasını geyinir.
Son xəbərlər
11:59
Basketbolun "Şöhrət Zalı"na daxil edilən Kliff Heqan vəfat edib
Komanda
11:57
Sergey Lavrov gələn həftə İrana səfər edəcək
Region
11:56
Ehtiyatda olan hərbi qulluqçulara tibb xidmətində xüsusi rütbə verilməsinə dair qanun dəyişikliyi birinci oxunuşdan keçib
Milli Məclis
11:56
Niderlandın Baş naziri Aİ ölkələri tərəfindən Ukraynaya edilən yardımın çatışmazlığını bəyan edib
Digər ölkələr
11:53
MM sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılmasını ilk oxunuşda qəbul edib
Daxili siyasət
11:51
Foto
Azərbaycan Qazaxıstan və Özbəkistanla tranzit potensialının əlaqələndirilməsini müzakirə edib
İnfrastruktur
11:51
AZSTAND hədəflərini açıqlayıb
Biznes
11:49
Fon der Lyayen: Aİ Rusiya əleyhinə sanksiyaların 22-ci paketi üzərində işləyir
Digər ölkələr
11:45
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması ilk oxunuşda təsdiqlənib
Milli Məclis