Anxel Di Mariya Libertadores Kubokunda məğlubiyyətdən sonra karyerasını bitirmək istəyir

Futbol
  • 22 avqust, 2026
  • 11:05
Anxel Di Mariya Libertadores Kubokunda məğlubiyyətdən sonra karyerasını bitirmək istəyir

Argentinanın "Rosario Sentral" klubunun hücumçusu Anxel Di Mariya Libertadores Kubokunun 1/8 final mərhələsinin "Korintians"a qarşı cavab oyunundakı (0:1) məğlubiyyətdən sonra karyerasını başa vurmaq istədiyini bəyan edib.

"Report" UOL-a istinadən xəbər verir ki, təcrübəli forvard ağır günlər yaşandığını, arzularının və davam etmək niyyətinin fərqli olduğunu, indi isə gələcəkdə nə edəcəyini anlamalı olduğunu vurğulayıb.

38 yaşlı futbolçu ötən ilin yayından çıxış etdiyi "Rosario Sentral" ilə müqavilənin müddətini bu yaxınlarda daha 1 il uzadıb. "Transfermarkt" portalına görə onun dəyəri 1 milyon 800 min avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, A. Di Mariya daha əvvəl Portuqaliyanın "Benfika", İtaliyanın "Yuventus", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Real" klublarının şərəfini qoruyub.

44 filmi