Andrey Demçenko: Meydanda qalib gəlmək üçün ölməlisən

Futbol
  • 09 may, 2026
  • 22:01
Andrey Demçenko: Meydanda qalib gəlmək üçün ölməlisən

Misli Premyer Liqasının XXXI turunda "Sumqayıt"la oyunda (1:2) "Araz-Naxçıvan"ın bəzi oyunçularının istəkləri kifayət etməyib.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko deyib.

Mütəxəssis qol imkanlarından istifadə edə bilmədiklərini vurğulayıb:

"Yaxşı imkanlarımız olub, bundan istifadə edə bilmədik. Səhvlərimizdən sonra qol buraxdıq. İkinci hissədə toparlanıb qol vuruq. Buna baxmayaraq, sonda məğlub olduq. Meydanda qalib gəlmək üçün ölməlisən. Bəzi oyunçuların istəyi kifayət deyildi. Qalib gəlmək üçün bacardığının artığını ortaya qoymalısan. Bəzi oyunçulara görə digərləri də əziyyət çəkirlər".