Almaniya millisinin sabiq qapıçısı sürücülük vəsiqəsindən məhrum edilib

Futbol
  • 25 sentyabr, 2024
  • 09:49
Almaniya millisinin sabiq qapıçısı sürücülük vəsiqəsindən məhrum edilib
Yens Lemann

İngiltərənin "Arsenal" klubunun və Almaniya millisinin sabiq qapıçısı Yens Lemann müvəqqəti olaraq sürücülük vəsiqəsindən məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə "T-online.de" nəşri məlumat yayıb.

Polis 54 yaşlı veteran qolkiperi sentyabrın 23-nə keçən gecə Münhendə saxlayıb. O, alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçə bilməyib. Bu səbəbdən Lemannın sürücülük imtiyazları ləğv edilib.

Qeyd edək ki, almaniyalı oyunçu karyerası ərzində ölkəsində "Şalke 04", Dortmund "Borussiya"sı, "Ştutqart" və İtaliyada "Milan" kimi klubların formasını geyinib.