Almaniya millisinin sabiq futbolçusu Mesut Özil "Qarabağ" klubunun qonağı olub -VİDEO
Futbol
- 11 oktyabr, 2024
- 13:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya millisinin sabiq futbolçusu Mesut Özil "Qarabağ" klubunun qonağı olub.
"Report"un məlumatına görə, keçmiş yarımmüdafiəçi "Azərsun Arena"da "köhlən atlar"ın açıq məşqini izləyib.
Hazırlıq prosesini ölkəmizdə səfərdə olan professor İrfan Gündüzün rəhbərlik etdiyi nümayəndə heyəti, Ağdam təmsilçisinin rəsmi şəxsləri və çox sayda azarkeş də izləyiblər.
Ardınca ulduz futbolçu baş məşqçi Qurban Qurbanov və futbolçularla görüşüb.
Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.
Foto: Məhəmməd Ağayev
Son xəbərlər
15:25
Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
Digər
15:19
Prezidentin köməkçisi: Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir
Media
15:17
Foto
İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub
Daxili siyasət
15:17
Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb
İnfrastruktur
15:15
Azərbaycan Seneqalla enerji sahəsində əməkdaşlığı müzakirə edib
Energetika
15:13
Hikmət Hacıyev: Sülh sazişi tək kağız üzərində olmamalıdır
Xarici siyasət
15:09
Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
Media
15:05
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
İnfrastruktur
15:04
Elvin Məmmədov: "Hazırkı U-15 millisi gələcəyin ən güclü Azərbaycan yığması ola bilər"
Futbol