Almaniya məğlubiyyətdən qurtuldu, Ukrayna və Lüksemburq sensasiya etdi

Futbol
  • 13 oktyabr, 2020
  • 21:36
Almaniya məğlubiyyətdən qurtuldu, Ukrayna və Lüksemburq sensasiya etdi

UEFA Millətlər Liqasında IV tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə A, C və D Liqasında 7 qarşılaşma gerçəkləşib. Qarşılaşmalar gözlənilməz nəticələrlə yadda qalıb.

A Liqasının 4-cü qrupunda Almaniya İsveçrə ilə ev oyununda məğlubiyyətdən qurtulmağı bacarıb. Ukrayna isə İspaniyanı məğlubiyyətə uğradıb.

C Liqasının 1-ci qrupunda Monteneqro evdə Lüksemburqa 1:2 hesabı ilə uduzaraq, ilk pilləni əldən verib. Qrupun digər oyununda Azərbaycan Kiprlə qolsuz heç-heçə edib.

UEFA Millətlər Liqası
IV tur

A liqası
4-cü qrup

22:45. Ukrayna – İspaniya - 1:0

Qol: Viktor Tsıqankov, 76

22:45. Almaniya – İsveçrə - 3:3

Qollar: Timo Verner, 28. Kay Haverts, 55. Serj Qnabri, 60 - Mario Qavranoviç, 5; 57. Remo Fröyler, 26

Xal durumu: İspaniya - 7, Almaniya - 6, Ukrayna - 6, İsveçrə - 2

C liqası
1-ci qrup

20:00. Azərbaycan – Kipr - 0:0

22:45. Monteneqro – Lüksemburq - 1:2

Qollar: İqor İvanoviç, 34 - Edvin Muratoviç, 42. Danel Sinani, 86

Xal Durumu: Lüksemburq - 9, Monteneqro - 9, Azərbaycan - 4, Kipr - 1

D liqası
1-ci qrup

20:00. Latviya - Malta - 0:1

Qol: Stiv Borq, 90+7

22:45. Farer adaları – Andorra - 2:0

Qollar: Klemint Olsen, 19; 33

Xal durumu: Farer adaları - 10, Malta - 5, Latviya - 3, Andorra - 2.

2-ci qrup
22:45. Lixtenşteyn – San Marino - 0:0

Xal durumu: Cəbəllütariq - 6, Lixtenşteyn - 4, San Marino - 1.

44 filmi