Aleksey Baqa "Sumqayıt"ın oyunundan narazı qalıb
Futbol
- 02 fevral, 2022
- 17:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Meydanda baş verənlərin çoxu bizim səhvlərimizdən oldu".
"Report"un məlumatına görə, bunu "Sumqayıt" klubunun baş məşqçisi Aleksey Baqa evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Belaruslu mütəxəssis sadə vəziyyətlərdə yanlışlığa yol verdiklərini bildirib: "Bu da təhlükəli vəziyyətlərə gətirib çıxarırdı. Rəqib təzyiqlərindən yox, məcburi səhvlərdən belə alındı".
41 yaşlı baş məşqçi ötürmələrdən əlavə, hücumda qeyri-məhsuldar və "dişsiz" oynadıqlarını vurğulayıb: "Əli Qurbani sonradan oyuna qoşuldu. Onun üzərinə çox getmirəm. Çünki bu səhvlər təkcə ondan asılı deyildi. Ötürmələr dəqiq olmurdu".
Son xəbərlər
09:37
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Hadisə
09:27
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.10.2026)
Maliyyə
09:25
Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Sənaye
09:21
Səudiyyə koalisiyası Yəməndə husilərin iki raket qurğusunu məhv edib
Digər ölkələr
09:15
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Futbol
09:10
Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Sosial müdafiə
08:41
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
Digər ölkələr
08:23
İstanbulda aramsız yağışdan yaranan seldə ölənlərin sayı 5 nəfərə çatıb, itkin düşənlər var
Region
07:47
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Digər ölkələr