Aleksandr Səmədovun komandası qrup mərhələsinə yüksəldi
Futbol
- 02 sentyabr, 2020
- 18:28
Rusiya millisinin və Moskva "Spartak"ının futbolçusu Aleksandr Səmədovun çıxış etdiyi "Znamya" klubu ölkə kubokunun 1/64 final mərhələsində "Sokol"la qarşılaşıb.
"Report"un məlumatına görə, əsas vaxtı qolsuz başa çatan matçın penaltilər seriyasında daha dəqiq (6:5) oynayan Noqinsk təmsilçisi turnirin qrup mərhələsinə vəsiqə qazanıb.
Veteran yarımmüdafiəçi bu görüşdə iştirak etməyib. Onun yığmadan keçmiş komanda yoldaşları Roman Pavlyuçenko, Aleksandr Şeşukov və Renat Yanbayev isə meydanda olublar.
Qeyd edək ki, Aleksandr Səmədov son olaraq Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinib. O, 2002-ci ildən başlayan peşəkar karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında çıxış edib.
Son xəbərlər
07:23
Tramp Kubaya qarşı hərbi əməliyyatın mümkünlüyü ilə bağlı suala cavab verməyib
Digər ölkələr07:15
Bu gün Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində işıq olmayacaq
Energetika07:00
Foto
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:43
Ağdama qayıdan şəhid bacısı: Həsrətini çəkdiyim torpağa gedirik
Daxili siyasət06:40
Keçmiş məcburi köçkün: Ağdam keçmişimiz və kimliyimizdir
Daxili siyasət06:12
Belçika ABŞ səfirini məhkəməyə verib
Digər ölkələr05:52
Britaniyada kralın qardaşına qarşı iddiaları araşdırmaq üçün bölmə yaradılıb
Digər05:14
Britaniya bankirləri "Visa" və "Mastercard"a milli alternativi müzakirə edəcəklər
Digər05:02