Albaniya prezidenti millimizin yeni baş məşqçisini təbrik etdi
Futbol
- 13 iyul, 2020
- 15:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Albaniya prezidenti İlir Meta Canni De Byazini Azərbaycan millisinə baş məşqçi təyin olunması münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, şəxsi "Facebook" hesabında italiyalı mütəxəssislə fotosunu paylaşan ölkə başçısı ona uğurlar arzulayıb.
"Canni De Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz olacaq. Bu təyinata görə sevindim və ona çoxlu uğur arzulamaqdan məmnumam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq", - İlir Meta qeyd edib.
Qeyd edək ki, 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. AFFA italiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalayacaq.
Son xəbərlər
19:47
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib
Xarici siyasət
19:47
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
Daxili siyasət
19:41
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib
Digər ölkələr
19:35
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
Fərdi
19:34
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Daxili siyasət
19:29
"Slaviya"nın futbolçusu Tomaş Vlçeki: "Sabah"la qarşılaşacağımız üçün həyəcanlıyam"
Futbol
19:24
"Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski: "Sabah" çox yaxşı komandadır"
Futbol
19:20
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur
Media
19:19
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
Xarici siyasət