Albaniya millisinin sabiq baş məşqçisi "Alaves"ə rəhbərlik edəcək

Futbol
  • 22 sentyabr, 2017
  • 08:04
Albaniya millisinin sabiq baş məşqçisi Alavesə rəhbərlik edəcək
Reuters

Bakı. 22 sentyabr. REPORT.AZ/ Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Alaves” komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, Vitoriya-Qasteys şəhərini təmsil edən kollektiv italiyalı Canni De Byaziyə həvalə olunacaq. 61 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə bağlanılacaq.

İtaliyalı baş məşqçi uğursuz nəticələri səbəbindən sentyabrın 17-də istefaya göndərilmiş Luis Subeldiyanı əvəzləyəcək. “Alaves” çempionatda keçirdiyi 5 oyunun hamısında məğlub olub və 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Cani De Byazi “Qarabağ”ın futbolçusu Ansi Aqollinin son 6 ildə kapitanı olduğu Albaniya millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında tarixində ilk dəfə 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatında mübarizə aparıb. İtaliyalı mütəxəssis vətənində “Udineze”, “Torino”, “Breşiya”, “Modena”, SPAL, “Karpi” və “Pro Vasto”, eləcə də İspaniyanın “Levante” komandalarının da baş məşqçisi olub.

44 - Tezliklə