Albaniya millisinin hücumçusu Avropa çempionatından uzaqlaşdırıla bilər
Futbol
- 20 iyun, 2024
- 11:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın "Rubin" klubunun və Albaniya millisinin hücumçusu Mirlind Daku AVRO-2024-dən uzaqlaşdırıla bilər.
"Report" "Sport1MK"ya istinadən xəbər verir ki, buna səbəb futbolçunun Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçından sonra təhqiramiz şüarlar səsləndirməsidir.
Oyun bitdikdən sonra M.Dakunun ucadan qışqıraraq serblər və makedoniyalılar haqqında ədəbsiz sözlər söylədiyi iddia olunur. Şimali Makedoniya Futbol Federasiyası artıq UEFA-ya rəsmi məktub göndərərək, hücumçunun cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, B qrupunda keçirilən Xorvatiya - Albaniya matçı 2:2 hesabı ilə yekunlaşıb.
Son xəbərlər
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə