Ağsu şəhər stadionunun ot örtüyü FIFA sertifikatına layiq görülüb

Futbol
  • 13 may, 2025
  • 11:25
Ağsu şəhər stadionunun ot örtüyü FIFA sertifikatına layiq görülüb

Ağsu şəhər stadionunda quraşdırılan süni ot örtüyü FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, FIFA tərəfindən verilən bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.