Afrikalı futbolçu oyun zamanı vəfat edib
Futbol
- 25 dekabr, 2025
- 10:11
Burundi II Liqasında çıxış edən "Qepye Dyu Lak" komandasının futbolçusu Ayme Qerik oyun zamanı vəfat edib.
"Report" "Sport News Africa" nəşrinə istinadən xəbər verir ki, buna oyunçunun qarşılaşma zamanı ağzında saxladığı və sonra udduğu sikkə səbəb olub.
O, qəfildən meydana yıxılıb. Tibbi heyətin müdaxiləsinə baxmayaraq, afrikalı futbolçu xəstəxanaya aparılarkən ölüb.
Nəşr bildirib ki, sikkə amulet (insanı bəd nəzərdən, bədbəxtlikdən qoruduğuna inanılan əşya və ya simvol) rolunu oynayır və cadugərliklə əlaqələndirilir. Burundidə futbol oyunlarının nəticəsini müəyyən etmək üçün yerli cadugərlərə və sehrbazlara müraciət etmək təcrübəsi geniş yayılıb.
Son xəbərlər
21:29
NATO kəşfiyyat məlumatlarının mübadiləsini artırır
Digər ölkələr21:20
Türkiyədə zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb
Region21:06
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib
Şou-biznes20:44
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır
Digər ölkələr20:40
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik
Region20:31
Azərbaycan – Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
Xarici siyasət20:28
ABA yerli banklarda debet kartların satışına məhdudiyyət qoyulması barədə məlumatları şərh edib
Maliyyə20:26
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir
Region20:22