Afrikalı futbolçu Çempionlar Liqasında Droqbanın rekordunu təkrarlayıb

Futbol
  • 28 aprel, 2022
  • 05:04
Afrikalı futbolçu Çempionlar Liqasında Droqbanın rekordunu təkrarlayıb

İngiltərənin "Liverpul" klubunun futbolçusu Sadio Mane "Çelsi"nin sabiq oyunçusu Didye Droqbanın UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu buna İspaniya "Vilyarreal"ına 2:0 hesabı ilə qalib gəldikləri yarımfinal mərhələsinin ilk oyununda nail olub.

55-ci dəqiqədə ikinci qola imza atan seneqallı forvard qitənin bir nömrəli klub turnirindəki qollarının sayını 14-ə çatdırıb. Beləliklə, Mane Çempionlar Liqasında ən çox fərqlənən iki oyunçudan biri adına sahib çıxıb.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu mayın 3-də olacaq.