Afrika Millətlər Kubokunun oyununda millinin 3 qapıçısı da meydana daxil olub
Futbol
- 31 dekabr, 2025
- 09:12
Afrika Millətlər Kubokunda, Uqanda və Nigeriya komandalarının üz-üzə gəldiyi oyunda maraqlı hadisə yaşanıb.
"Report" xəbər verir ki, qarşılaşma ərzində Uqanda yığmasının üç qapıçısı da meydana çıxıb.
Belə ki, matça start heyətində başlayan qolkiper Denis Masinde Onyanqo zədə səbibindən yerini Salim Maqulaya verib. Sonuncu isə 56-cı dəqiqədə cərimə meydançasının kənarında əllə oynadığına görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Milli oyunu üçüncü qapıçı Nafyan Alionzi ilə tamamlayıb. Görüş Nigeriyanın 3:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Nigeriya yer aldığı qrupu 9 xalla lider başa vurub. Uqanda isə 1 xalla mübarizəni dayandırıb. Mərakeşdə baş tutan turnirin qrup mərhələsinin görüşlərinə bu gün yekun vurulacaq.
Son xəbərlər
14:44
Danimarka millisinin Bakıya gələcək heyəti açıqlanıb
Futbol14:43
Azərbaycan Latviyaya xurma tədarükünü bərpa edib
Biznes14:33
Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarəti müzakirə edir
Region14:27
"Fənərbağça" Matteo Genduzinin transferini açıqlayıb
Futbol14:21
Azərbaycanın Qəzzada beynəlxalq sülhməramlı missiyada iştirak etməsi milli maraqlara uyğun deyil - RƏY
Xarici siyasət14:21
Paşinyan Yeni ildə elektrik kəsintilərinə görə "Ermənistan Elektrik Şəbəkələri"nin keçmiş rəhbərliyini günahlandıb
Region14:20
Türkiyəli müğənni Aleyna Tilkinin narkotik test nəticələri müsbət çıxıb
Region14:18
Ermənistanın Baş naziri: Bütün ermənilərin katolikosu da Serj Sarkisyan kimi gedəcək
Region14:17
Foto