Afrika Millətlər Kuboku yenidən qışda keçiriləcək

Futbol
  • 15 yanvar, 2020
  • 13:41
Afrika Millətlər Kuboku yenidən qışda keçiriləcək

Futbol üzrə Afrika Millətlər Kuboku yenidən qış mövsümündə keçiriləcək.

"Report" "Get French Football News"a istinadən xəbər verir ki, turnir ənənəvi olaraq yanvar-fevral aylarında iki ildən bir təşkil olunur. Lakin yarış ötən il yayda baş tutub.

Afrika Millətlər Kuboku 2021-ci ildə Kamerunda olacaq.

Qeyd edək ki, ötən il Əlcəzair Misirdə keçirilən yarışın qalibi olub.