AFFA-dan "Xəzər Lənkəran"ın baş məşqçisinə 20 oyunluq cəza
- 03 mart, 2020
- 09:04
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi U-17 Liqasında çıxış edən "Xəzər Lənkəran" komandasının baş məşqçisi Ağadadaş Həmidovu 20 oyunluq cəzalandırıb.
"Report"un məlumatına görə, mütəxəssisin köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
O, qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib və ayaqla zərbə endirib.
Qeyd edək ki, matç Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Xəzər Lənkəran" klubu 2004-cü ildə Lənkəran şəhərində fəaliyyətə başlayıb. Klubun əsas komandası 2016-cı ildə Azərbaycan Premyer Liqasında iştirakını dayandırıb.
Əyalət təmsilçisi 1 dəfə Premyer Liqanın, 3 dəfə ölkə kubokunda qələbə qazanıb. "Xəzər Lənkəran" Azərbaycan Super Kuboku və Birlik Kubokunun da sahibidir.