AFFA "Xəzər Lənkəran"ı cəzalandırıb
Futbol
- 28 aprel, 2015
- 08:50
Bakı. 28 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Xəzər Lənkəran" klubunu cəzalandırıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XXXI tur matçında lənkəranlı futbolçuların davranışı səbəb göstərilib.
Müdafiəçi Elvin Mirzəyev oyunun 45+1-ci dəqiqəsində ikinci sarı vərəqə aldığı üçün meydandan kənarlaşdırılıb. Nəticədə komitə "ağ-yaşıllar"ı 200 manat cərimələyib. Mirzəyev isə 1 oyunluq cəzalandırılıb. Bundan başqa Lənkəran təmsilçisinin heyətində 4 futbolçu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə başa çatıb - 1:0.
Son xəbərlər
21:20
Mark-Andre ter Şteqen Almaniya millisinin əsas qapıçısı olacaq
Futbol21:06
İranda "Boeing 737" texniki nasazlıq səbəbindən məcburi eniş edib
Region20:43
İtaliya klubu baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayıra bilər
Futbol20:40
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb
Digər ölkələr20:31
Azərbaycanın etibarlı mövqeyi İlham Əliyevin uğurlu çoxvektorlu siyasətinin nəticəsidir - RƏY
Xarici siyasət19:59
Azərbaycan tarixinin daş yaddaşı - Qafqaz Albaniyası və erməni siyasəti – ŞƏRH
Analitika19:53
"Balaca Messi" ləqəbli futbolçu "Barselona"nın maraq dairəsinə düşüb
Futbol19:42
Foto
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib
Biznes19:41
Foto