AFFA "Sabah-2" klubunun futbolçusunu 4 oyunluq cəzalandırıb

Futbol
  • 30 aprel, 2025
  • 12:02
AFFA Sabah-2 klubunun futbolçusunu 4 oyunluq cəzalandırıb

AFFA "Sabah-2" klubunun futbolçusu Stefen Endeni 4 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Futbolçunun cəzasına Əvəzedicilər Liqasının XXXII turunda baş tutan “Qarabağ-2” ilə oyundan sonra hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub. 4 oyunluq cəza ilə yanaşı, klub 300 manat cərimələnib.