AFFA rəsmisi: "Ukrayna ilə matç Azərbaycan millisi üçün çox vacibdir"

Futbol
  • 13 oktyabr, 2025
  • 12:35
AFFA rəsmisi: Ukrayna ilə matç Azərbaycan millisi üçün çox vacibdir

Ukrayna ilə matç Azərbaycan millisi üçün çox vacibdir.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

AFFA Məşqçilər Komitəsinin sədri Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində səfərdə Ukraynaya qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb:

"Bu görüş hər iki yığma üçün çox vacibdir. Ukrayna millisi Bakıda itirdiyi 2 xalın əvəzini çıxmağa çalışacaq. Qrupda ikinci yeri təmin etmək üçün bu qələbə onlara lazımdır. Azərbaycan futbolçuları da özlərini yaxşı tərəfdən göstərib, xal qazanmalıdırlar. Belə olan halda Bakıda İslandiyanı məğlub edib, qrupda üçüncü yeri tutmaq olar. Bu mənada axşamkı matç bizim üçün vacibdir. Millimizə uğurlar arzu edirəm. Hiss edirəm ki, oyundan oyuna yığmada milli ruh artır və bu görüşdə də həmin ənənəni davam etdirəcəklər".

Qeyd edək ki, Ukrayna - Azərbaycan matçı bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti