AFFA rəsmisi UEFA-dan təyinat alıb

Futbol
  • 28 sentyabr, 2018
  • 07:25
AFFA rəsmisi UEFA-dan təyinat alıb
Sərxan Hacıyev

Bakı. 28 sentyabr. REPORT.AZ/ AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev yeni təyinat alıb.

"Report"un məlumatına görə, milli assosiasiya rəsmisi 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsinin Latviya – Hollandiya oyununda UEFA nümayəndəsi olacaq. 

Görüş oktyabrın 12-də Riqa şəhərindəki "Skonto" stadionunda keçiriləcək.