AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat alıb

Futbol
  • 23 iyul, 2018
  • 06:06
AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat alıb

Bakı. 23 iyul. REPORT.AZ/ AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən təyinat alıb.

“Report” xəbər verir ki, milli assosiasiyanın rəsmisi Avropa Liqasının II təsnifat mərhələsində “Şaxtyor” (Belarus) – “Lex” (Polşa) oyunundaun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oyun iyulun 26-da Belarusun Soliqorsk şəhərindəki “Stroitel” stadionunda keçiriləcək.