AFFA rəsmisi Avropa çempionatının seçmə oyunlarına təyinat alıb

Futbol
  • 04 oktyabr, 2021
  • 06:33
AFFA rəsmisi Avropa çempionatının seçmə oyunlarına təyinat alıb
Könül Mehdiyeva

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına təyinat alıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, A Liqasında VI qrupun matçlarında UEFA nümayəndəsi olacaq.

Qarşılaşmalar 6 - 12 oktyabrda Yunanıstanda keçiriləcək. Bu qrupda İsveçrə, Danimarka, Yunanıstan və Avstriya milli komandaları mübarizə aparacaq.

44 - Tezliklə