AFFA rəsmiləri FIFA-nın tədbirində iştirak edir

Futbol
  • 30 oktyabr, 2018
  • 11:12
AFFA rəsmiləri FIFA-nın tədbirində iştirak edir

Bakı. 30 oktyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində FIFA-nın İnfrastruktur üzrə iclası keçirilir.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirə baş katib Elxan Məmmədov və İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev də qatılıb.

AFFA rəsmiləri Bakı Olimpiya Stadionunun 3-cü məşq meydanının, həmçinin “Sumqayıt” Futbol Klubunun ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın əsas və məşq meydanlarının təqdimatı ilə çıxış edəcəklər.

Qeyd edək ki, həmin meydanlar AFFA tərəfindən FIFA-nın dəstəyilə inşa olunur.