AFFA "Qəbələ" klubunu cəzalandırıb
Futbol
- 10 may, 2016
- 07:40
Bakı. 10 may. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Qəbələ" klubunu 4000 manat cərimələyib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, klub "Neftçi" ilə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab görüşündə komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat, oyunun 113-cü dəqiqəsində meydana kənar əşya atıldığı üçün 2000 manat ziyana düşüb.
Daha 1000 manat cərimə isə Azərbaycan Premyer Liqasının XXXIII turunda "qırmızı-qaralar"ın "Zirə" ilə səfər oyununda 6 futbolçusunun "sarı" alması səbəbindən verilib.
Kubok qarşılaşmasında "Neftçi" də 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ödəyəcək.
Son xəbərlər
23:08
Azərbaycanda təmayül tədris modeli tətbiq olunan məktəblərin əhatə dairəsi genişləndiriləcək
Elm və təhsil22:50
Video
Yardımlıda açıq ərazidə yanğın baş verib
Hadisə22:28
Çeferin İnfantinodan FIFA üzvlərinin hər birinə 10 milyon dollar ödəməyi tələb edib
Futbol22:14
Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib
Xarici siyasət21:57
SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib
Region21:35
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
Futbol21:34
Tramp: İranla düzgün razılaşma olmayacaqsa, mən ona baxmayacağam
Digər ölkələr21:23
Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb
Region21:12