​AFFA prezidenti Bolqarıstan-Azərbaycan oyununu izləyəcək

Futbol
  • 13 oktyabr, 2015
  • 13:42
​AFFA prezidenti Bolqarıstan-Azərbaycan oyununu izləyəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ AFFA-nın prezidenti Rövnəq Abdullayev Bolqarıstana səfər edib.

"Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, məqsəd bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Sofiya şəhərindəki Vasil Levski Milli Stadionunda keçiriləcək Bolqarıstan-Azərbaycan oyununu izləməkdir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.