AFFA nömrəsi skoçla bağlanılan futbolçuya görə cəza verdi
Futbol
- 08 sentyabr, 2020
- 09:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi "Keşlə" klubunu 800 manat məbləğində cərimələyib.
"Report"un məlumatına görə, buna Premyer Liqanın I turunda "Sumqayıt"la matçda Tərlan Quliyevin sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxması səbəb olub.
O, protokolda 3 nömrəli futbolçu kimi qeyd olunsa da, meydana 33 nömrəli forma ilə çıxmışdı. İkinci hissənin sonlarında meydana daxil olan futbolçunu baş hakim Elçin Məsiyev geri qaytarıb. Yalnız rəqəmlərdən birinin üstünü skoçla bağladıqdan sonra Quliyev meydana daxil olub.
Qeyd edək ki, qarşılaşma "Keşlə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol
23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Digər ölkələr