AFFA-nın birinci vitse-prezidenti milli komanda ilə görüşüb
Futbol
- 03 sentyabr, 2019
- 10:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev "Boulevard Hotel"də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.
“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum rəsmisi milliyə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Komandanın baş məşqçisi Milan Obradoviç komanda adından çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib. AFFA-nın Texniki direktoru Bernhard Lippert görüşdə iştirak edib.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, 4 gün sonra isə Gürcüstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun "Dalğa Arena"da keçiriləcək və saat 20:30-da başlayacaq.
Son xəbərlər
09:14
UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
Futbol
09:12
Foto
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
İnfrastruktur
09:10
Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib
İKT
09:10
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.11.2026)
Maliyyə
09:09
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
Maliyyə
09:05
SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb
Energetika
08:49
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
Digər ölkələr
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr