AFFA "Neftçi"nin futbolçusunu cəzalandırdı və 4 klubu cərimələdi
Futbol
- 04 fevral, 2020
- 09:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Voislav Stankoviçi bir oyunluq cəzalandırıb.
"Report" xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin Premyer Liqanın XV turunda "Sumqayıt"la 1:1 bərabərə qaldıqları matçda sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Klub isə 200 manat məbləğində cərimələnib.
"Sumqayıt" da cəzasız qalmayıb. Azarkeşlərinin pirotexniki vasitələrdən istifada etməsi üzündən "gənclik şəhəri" təmsilçisi 800 manat ödəməli olacaq.
Komitə "Qarabağ" və "Keşlə"ni də eyni məbləğdə cərimələyib. Ağdam təmsilçisinin 4 futbolçusu səfərdə "Səbail"i 1:0, paytaxt komandasının 5 futbolçusu isə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri qarşılaşmalarda sarı vərəqə alıb.
АФФА наказала футболиста "Нефтчи" и оштрафовала четыре клуба
AFFA disciplines Vojislav Stanković, fines Neftchi FC
Son xəbərlər
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol