AFFA millimizin baş məşqçisi vəzifəsinə namizədlərlə danışıqları bərpa etdi

Futbol
  • 01 iyun, 2020
  • 16:50
AFFA millimizin baş məşqçisi vəzifəsinə namizədlərlə danışıqları bərpa etdi

AFFA Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqları bərpa edib.

"Report"un məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.

O bildirib ki, yeni baş məşqçinin təyinatı avqust ayında reallaşa bilər: "3 məşqçi ilə danışıq gedirdi. Onlardan biri ilə martın sonunda müqavilə imzalanmalı idi. Təəssüf ki, pandemiyaya görə danışıqları dayandırmalı olduq. Amma 1 həftə öncə həmin məşqçilərlə danışıqları bərpa etdik.  Millətlər Liqasının vaxtı dəyişilməsə, yeni təyinat avqustda gözlənilir".

Qeyd edək ki, Azərbaycan millisinə son olaraq xorvatiyalı mütəxəssis Nikola Yurçeviç rəhbərlik edib. 2019-cu il fevralın 11-də yığmaya baş məşqçi təyin olunmuş Yurçeviç dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib.

44 - Tezliklə