AFFA "Zirə"ni tabloya görə cərimələdi

Futbol
  • 27 yanvar, 2021
  • 08:20
AFFA Zirəni tabloya görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, iclasda 4 klubla bağlı məsələyə baxılıb.

Azərbaycan Premyer Liqasında XIV turun “Zirə” – “Qəbələ” oyununda stadiondakı hesab tablosu işlək vəziyyətdə olmayıb. Bu səbəbdən, meydan sahibi klub 800 manat cərimələnib. Bundan başqa klublar hərəyə 4 futbolçusunun sarı vərəqə almaları səbəbindən 800 manat cərimələniblər.

Eyni cəzaya “Səbail”lə səfər oyununda 5 futbolçusunun sarı vərəqə alması üzündən "Neftçi" məruz qalıb.

“Sumqayıt”la ev oyununun 38-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Elçin Mustafayev “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Buna görə Mustafayev 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.