AFFA "Keşlə" və "Sumqayıt"ın futbolçularını cəzalandırıb
- 06 noyabr, 2018
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Keşlə"nin yarımmüdafiəçisi Samir Məsimov və "Səbail"in müdafiəçisi Şəhriyar Rəhimovu bir oyunluq cəzalandırıb.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, Məsimov Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış "Qarabağ"la matçda (1:1) qırmızı vərəqə alıb. 88-ci dəqiqədə meydandan qovulan 23 yaşlı yarımmüdafiəçinin klubu isə 200 manat cərimə olunub. O, artıq cəzasını X turda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları görüşdə çəkib.
Rəhimov Premyer Liqanın X turunda "Zirə" ilə qolsuz heç-heçə etdiləri qarşılaşmada qırmızı vərəqə alıb. 29 yaşlı müdafiəçi 60-cı dəqiqədə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə "Səbail" klubu 200 manat məbləğində cərimələnib. Təcrübəli futbolçu noyabrın 10-da "Sabah"la səfər oyununu buraxmalı olacaq.