AFFA İntizam Komitəsi "Şahdağ Qusar" rəsmisi Məhəmməd Bədəlbəyliyə töhmət verib

Futbol
  • 06 oktyabr, 2026
  • 16:07
AFFA İntizam Komitəsi Şahdağ Qusar rəsmisi Məhəmməd Bədəlbəyliyə töhmət verib

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" komandasının idman direktoru Məhəmməd Bədəlbəyliyə töhmət verilib.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Funksioner futbolla bağlı sənədlərdə səhlənkarlığa yol verdiyinə görə bu halla üzləşib.

Xatırladaq ki, "Şahdağ Qusar" hazırda I Liqada 9 xalla liderdir.