AFFA iki baş məşqçini 4 oyunluq diskvalifikasiya edib
- 13 noyabr, 2025
- 15:38
AFFA U-14 Liqasında çıxış edən "Xudat City" və U-13 Liqası təmsilçisi "Şəmkir"in baş məşqçilərini 4 oyunluq diskvalifikasiya olunub.
"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
"Xudat City" - "Siyəzən" oyununda ev sahiblərinin baş məşqçisi Mehran Vəlixanov qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün cəzalandırılıb. "Şəmkir"in baş məşqçisi Əli Əhmədov da eyni səbəbdən 4 oyunluq diskvalifikasiya edilib.
AFFA U-17 Liqasında çıxış edən iki futbolçunu isə 3 oyunluq cəzalandırıb. "European Football Academy"dən Elmixan Nəbizadə və "Sabah"dan İmran Mirzəyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün diskvalifikasiya olunublar.