AFFA İntizam Komitəsi "Neftçi" və "Zirə" klublarını cərimələyib

Futbol
  • 20 sentyabr, 2017
  • 08:59
AFFA İntizam Komitəsi Neftçi və Zirə klublarını cərimələyib
Report

Bakı. 20 sentyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının V turunun "Neftçi" - "Zirə" matçı ilə bağlı məsələlərə baxılıb. "Report"un məlumatına görə, qonaq komanda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib. 

Meydan sahiblərindən isə futbolçu Mirabdulla Abbasov 86-cı dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb. Onun klubuna 200 manatlıq cərimə tətbiq olunub. 

Qeyd edək ki, "Neftçi" növbəti oyununu sentyabrın 24-də səfərdə "Qəbələ"yə qarşı keçirəcək.