AFFA İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlanıb

Futbol
  • 02 noyabr, 2017
  • 12:31
AFFA İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 9:30-da başlayacaq tədbirin gündəliyi müəyyənləşib...

1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi

2. AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya

3. Digər məsələlər

İclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.